Azərbaycan yığması ilə yoxlama matçında üz-üzə gələcək Haiti millisi artıq ölkəmizdədi. Matc.az xəbər verir ki, haitililər dünən Bakıda ilk məşqlərinə çıxıblar.

Hazırlıq prosesində milliyə dəvət alan 24 futbolçudan 16-sı iştirak edib. Digər 8 oyunçu isə bugünlərdə heyətə qoşulacaq.

Qeyd edək ki, Azərbaycan - Haiti qarşılaşması martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest