19 Mart 2025, 10:56
FUTBOL
Qəbələdə keçiriləcək görüş saat 17:00-da start götürəcək.
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Matc.az xəbər verir ki, Elxan Abdullayevin baş məşqçisi olduğu komanda Moldova ilə qarşılaşacaq.
Qəbələdə keçiriləcək görüş saat 17:00-da start götürəcək.
Qeyd edək ki, komandalar martın 22-də yenidən üz-üzə gələcəklər.