19 Mart 2025, 11:30
FUTBOL
Martın 25-də Azərbaycan millisi ilə yoldaşlıq oyununda qüvvəsini sınayacaq Belarus yığması bu görüşə itki ilə çıxacaq. Matc.az xəbər verir ki, rəqibimizin kapitanı kapitanı Masazır qəsəbəsində keçiriləcək qarşılaşmada iştirak etməyəcək.
Aleksandr Martınoviç zədə səbəbindən həm Tacikistan, həm də Azərbaycanla yoldaşlıq oyunlarını buraxmaq məcburiyyətində qalacaq. Bu barədə məlumatı komandanın baş məşqçisi Karlos Alos açıqlayıb.
Qazaxıstanın “Kayrat” klubunda çıxış edən 37 yaşlı müdafiəçinin sıraya nə vaxt dönəcəyi isə açıqlanmayıb.
Qeyd edək ki, “Bank Respublika Arena”da baş tutacaq Azərbaycan - Belarus matçı saat 21:45-də start götürəcək.