Əvəzedicilər liqasında baş verən neqativ hallara hüquqi qiymət verilib.
AFFA İntizam Komitəsinin iclasında Əvəzedicilər liqasının XXVII turunda baş verən neqativ hallara da baxılıb. Matc.az xəbər verir ki, həmin məqamlarda bağlı qərarlar qəbul edilib.
“Səbail-2” - “Neftçi-2” oyunu bitdikdən sonra “Səbail-2” komandasının azarkeşləri tərəfindən təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Səbail-2” komandasına xəbərdarlıq edilib.
Matç bitdikdən sonra “Neftçi-2” komandasının qapıçısı Rəvan Kazımov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalanıb, “Neftçi-2” komandası 200 manat cərimə edilib.
“Sabah-2” - “Zirə-2” oyununun 68-ci dəqiqəsində “Zirə-2” komandasının futbolçusu Nurhan Abdıyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalanıb, “Zirə-2” komandası 300 manat cərimə edilib.