Region Liqası və aşağı yaş qruplarında baş verən neqativ hallara baxılıb.

İntizam Komitəsinin iclasında Region Liqası və aşağı yaş qrupları üzrə liqalarda da yaşanan neqativ hallar öz hüquqi qiymətini tapıb. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat yayılıb.

AFFA Region Liqasında keçirilən Salyan OİK-Qobustan FK oyununda Qobustan FK komandasının heyətində Tural Nəhmətli 90+4-cü dəqiqədə hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra hakimləri təhqir etdiyinə, onları vurmağa cəhd etdiyinə görə 4 oyunluq cəzalanıb.

Görüş bitdikdən sonra Qobustan komandasının baş məşqçisi Elbrus Baxşəliyev hakimin üzərinə hücum etdiyinə, onu vurmağa cəhd etdiyinə görə 5 oyunluq cəzalanıb.

Matç başa çatdıqdan sonra Qobustan komandasının futbolçusu Samin Gülməmmədov hakimləri təhqir etdiyinə, onları vurmağa cəhd etdiyinə görə 4 oyunluq cəzalanıb.

AFFA Region Liqasında keçirilən Əmirli FK-Çinar Zəngilan FK oyununda Əmirli FK komandasının heyətində Mirzəxan Bəyalızadə qarşılaşmanın 70-ci dəqiqəsində hakimləri təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb.

Görüşün 70-ci dəqiqəsində Çinar Zəngilan FK komandasının heyətində Elcan Sarıyev təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb.

AFFA U-17 Liqasında keçirilən Araz Naxçıvan PFK-Sabah FK oyununda Sabah FK komandasının heyətində Zakir Əmirov hissələrarası fasilədə hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb.

AFFA U-17 Liqasında keçirilən Sumqayıt FK-Səbail PFK oyununda Səbail PFK komandasının baş məşqçisi Ceyhun Cavadov qarşılaşmanın 16-cı dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanıb.

AFFA U-17 Qızlar Liqasının “Zaqatala” PFK - “Sabah” FK oyunun 68-ci dəqiqəsində “Zaqatala” PFK komandasının oyunçusu Hənifət İbrahimova təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalanıb.

Matçın 68-ci dəqiqəsində “Sabah” FK komandasının oyunçusu Fatimə Kərimli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest