“Milan” rəhbərliyi “Çelsi”dən icarəyə götürdükləri Joao Felikslə bağlı qərar qəbul edib. Matc.az xəbər verir ki, “rossonyerlər” portuqaliyalı hücumçunu yayda birdəfəlik transfer etmək fikrində deyillər.

Feliksin çıxışı “qırmızı-qaralar”ı razı salmır. Bu səbəbdən Feliks icarə müqaviləsi bitdikdən sonra “Çelsi”yə dönəcək.

Qeyd edək ki, Feliks “Milan”ın heyətində 10 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest