19 Mart 2025, 19:48
FUTBOL
Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama görüşünü keçirib.
Matc.az xəbər verir ki, U-19 Qəbələdə hazırlıq keçən Moldovanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb. Oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, bu komandalar martın 22-də ikinci yoxlama matçında üz-üzə gələcəklər.