20 Mart 2025, 14:00
FUTBOL
“Bavariya”nın qapıçısı Manuel Noyerin sıraya dönəcəyi tarix müəyyənləşib. Matc.az xəbər verir ki, o, beynəlxalq fasilədən sonra komandasına kömək edə biləcək.
38 yaşlı qolkiper Çempionlar Liqasında “Bayer”lə oyunda Camal Musialanın qolunu qeyd edərkən sağ ayağından zədələnib. Noyerə sağ baldırında əzələ lifinin yırtılması diaqnozu qoyulub. O, martın 29-da Almaniya Bundesliqasında “Sankt-Pauli” ilə matça qədər zədəsini sağaldacaq.
Qeyd edək ki, Manuel Noyer bu mövsüm bütün turnirlərdə 33 oyuna çıxıb.