“Mançester Siti”nin futbolçusu Kevin de Bruyne yayda komandasını dəyişə bilər. Matc.az xəbər verir ki, belçikalı futbolçu “Atletiko”nun maraq dairəsinə düşüb.

Madrid təmsilçisi təcrübəli yarımmüdafiəçinin “Mançester Siti” ilə müqaviləsinin iyunda başa çatmasından istifadə etmək niyyətindədi. İspanlar onu azad agent kimi heyətlərinə cəlb etməyi planlaşdırırlar.

Qeyd edək ki, 2015-ci ildən “şəhərlilər”in formasını geyinən de Bruyne İngiltərə çempionatının cari mövsümündə 20 oyunda 2 dəfə fərqlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest