"Beşiktaş" hücum xəttini gücləndirmək niyyətindədi. Matc.az xəbər verir ki, İstanbul klubu "Feyenoord"un futbolçusu Xulian Karransanı transfer etmək fikrinə düşüb.

"Beşiktaş"ın baş məşqçisi Ule Qunnar Sulşer rəhbərliklə söhətində argentinalı forvardı ixtiyarında görmək istədiyini bildirərək, onun komandaya faydalı olacağını deyib. "Qara qartallar" 24 yaşlı hücumçunu yayda sıralarına cəlb edəcəklərinə inanırlar.

Qeyd edək ki, Argentinanın U-23 yığmasının formasını geyinmiş hücumçu Rotterdam klubunda 23 oyunda 5 dəfə fərqlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest