20 Mart 2025, 17:18
FUTBOL
DÇ-2026-ya yüksələn ilk yığma komanda bəlli olub. Matc.az xəbər verir ki, bu hüquqa Yaponiya yiyələnib.
Yaponlar seçmə mərhələnin 7-ci turunda Bəhreyn millisini qəbul ediblər. Bu görüşdə 2:0 hesablı qələbə qazanan Yaponiya vaxtından əvvəl ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi mundialın əsas mərhələsində iştirak hüququ əldə edib.
7 oyunda 19 xal toplayan yaponlar bununla C qrupunda ən azı ikinci yeri təmin ediblər.