Mövsümün sonunda "Real"dan ayrılacağı iddia olunan Karlo Ançelotti gələcəyi haqda danışıb.

Matc.az xəbər verir ki, italyan mütəxəssis Madrid klubunda qalmaq istədiyini bildirib:

"Heç kimlə problemim yoxdur. "Real"dakı işimi sevirəm. Ümid edirəm ki, burada mümkün qədər uzun müddət qalacağam. Əgər mövsümün sonunda ayrılsam, hər kəsə təşəkkür edərəm. Hər şey bu qədər sadədir".

Qeyd edək ki, "Real" Çempionlar Liqasının 1/4 final mərhələsində "Arsenal"a məğlub olaraq turnirdə mübarizəni dayandırıb. "Kral klubu" La Liqada isə 32 turdan sonra lider "Barselona"dan 4 xal geridədir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest