Siyahıya əfsanəvi basketbolçu Maykl Cordan başçılıq edir.

Nüfuzlu "Sportico" nəşri tarixdə ən çox maaş alan idmançıların siyahısını dərc edib.

Matc.az xəbər verir ki, təqdim olunan məlumatlar inflyasiyaya uyğunlaşdırılıb.

Siyahıya əfsanəvi basketbolçu Maykl Cordan başçılıq edir. Qolf ustası Tayqer Vuds ikinci, Kriştiano Ronaldo isə üçüncü sırada yer alıb.

Tarixdə ən çox maaş alan 10 idmançı:

1. Maykl Cordan (basketbol) - 4,15 milyard dollar.
2. Tayqer Vuds (qolf) - 2,79 milyard dollar
3. Kriştiano Ronaldo (futbol) - 2,23 milyard dollar.
4. LeBron Ceyms (basketbol) - 1,88 milyard dollar
5. Lionel Messi (futbol) - 1,85 milyard dollar.
6. Arnold Palmer (qolf) - 1,82 milyard dollar.
7. Cek Niklaus (qolf) - 1,75 milyard dollar
8. Devid Bekhem (futbol) - 1,61 milyard dollar.
9. Rocer Federer (tennis) – 1,59 milyard dollar
10. Floyd Mayveader (boks) – 1,52 milyard dollar.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest