"Mançester Yunayted" Andre Onananın potensial əvəzedicisi kimi görünən "Portu"nun qapıçısı Dioqo Kosta ilə yaxından maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə "Correio da Manha" məlumat yayıb.

Bildirilir ki, Portuqaliya klubunun prezidenti Andre-Villaş Boaş 25 yaşlı portuqaliyalı qolkiperin gedişinin əleyhinə deyil. Lakin o, ilk növbədə müqavilənin vaxtından əvvəl ləğvi üçün tələb olunan məbləğə yaxın məbləğin (75 milyon avro) ödənilməsini istəyir. İkincisi, Porto Kostanı yalnız iyunun 15-dən iyulun 13-dək davam edəcək klublararası dünya çempionatından sonra satmağa razıdır.

Qeyd edək ki, bu mövsüm Kosta bütün yarışlarda 41 oyun keçirib və 18 matçda qapısını toxunulmaz saxlayıb. 25 yaşlı qolkiperin klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 38 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest