Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.
Matc.az xəbər verir ki, görüşlər Tofiq Bəhramov adına Respublika Stadionu və "Bank Respublika Arena"da baş tutacaq.
"Qarabağ" səfərdə minimal hesabla uduzduğu "Araz-Naxçıvan"ı qəbul edəcək. "Neftçi" isə ilk oyunda 2:1 hesabı ilə məğlub olduğu "Sabah"ın qonağı olacaq.
Qeyd edək ki, ölkə kubokunun final qarşılaşması 31 may tarixində, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 19:00-da start baş tutacaq.
Azərbaycan Kuboku
Yarımfinal, cavab oyunları
23 aprel
17:00. "Qarabağ" – "Araz-Naxçıvan"
(İlk oyun – 0:1)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əliyar Ağayev
VAR: Kamal Umudlu
AVAR: Rauf Cabarov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Tofiq Bəhramov adına Respublika Stadionu
20:00. "Sabah" – "Neftçi"
(İlk oyun – 2:1)
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev
VAR: Nicat İsmayıllı
AVAR: Tural Qurbanov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Seymur Səlimli
"Bank Respublika Arena"