23 Aprel 2025, 09:18
FUTBOL
İspaniya La Liqasında 33-cü tura start verilib.
Matc.az xəbər verir ki, lider "Barselona" öz meydanında "Malyorka"nı qəbul edib. Qarşılaşma Kataloniya təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 76-ya yüksəldən "Barselona" liderliyini davam etdirir. 44 xalı olan "Malyorka" isə 7-ci yerdədir.
"Barselona" - "Malyorka" 1:0
Qol: Dani Olmo, 46