23 Aprel 2025, 10:43
FUTBOL
"Mançester Yunayted"in müdafiəçisi Matteys de Liqt İtaliyaya qayıda bilər.
Matc.az xəbər verir ki, "Yuventus"un sabiq futbolçusunu "İnter" transfer etmək istəyir. Bu barədə "Tuttosport" məlumat yayıb.
Milan təmsilçisi niderlandlı mərkəz müdafiəçisini satınalma bəndi ilə icarəyə götürməyi planlaşdırır. "İnter" de Liqt üçün onun klubu ilə danışıqlara başlamağa hazırlaşır.
Qeyd edək ki, "Mançester Yunayted" Matteys de Liqti mövsümün əvvəlində "Bavariya"dan transfer edib. Niderland millisinin üzvü "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 40 rəsmi matçda 2 qol vurub.