Vinisius "Real"la yeni müqavilə barədə razılıq əldə edib. 24 yaşlı futbolçu La Liqa nəhəngi ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanacaq.

"Real"In futbolçusu Vinisius Junior gələcəyi ilə bağlı qərarını verib.

Matc.az xəbər verir ki, braziliyalı vinger uzun müddət "kral klubu"nda qalmaq istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Vinisius "Real"la yeni müqavilə barədə razılıq əldə edib. 24 yaşlı futbolçu La Liqa nəhəngi ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanacaq.

Qeyd edək ki, "Real" Vinisius Junioru 2018-ci ildə "Flamenqo"dan transfer edib. Braziliya millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində keçirdiyi 46 oyunda 20 qol vurub, 14 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest