"Barselona"nın müdafiəçisi Jül Kunde "Arsenal"da oynamaq təklifini geri çevirib.

Matc.az xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.

İngiltərə klubu bir müddət əvvəl fransalı futbolçu ilə danışıqlara aparıb. Kunde "Arsenal"ın təklifini geri çevirib. 26 yaşlı sağ cinah müdafiəçisi yayda La Liqa klubundan ayrılmaq niyyətinin olmadığını bildirib.

Qeyd edək ki, Jül Kunde bu mövsüm "Barselona"nın heyətində meydana çıxdığı 51 oyunda 3 qol və 8 qol ötürməsi ilə yadda qalıb. Fransa millisinin üzvünün Kataloniya təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayına kimidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest