23 Aprel 2025, 14:34
FUTBOL
PSJ-nin futbolçusu Usman Dembele İngiltərə Premyer Liqasında çıxış edə bilər.
Matc.az xəbər verir ki, 4 klub fransalı vingerin xidmətində maraqlıdır. Bu barədə "CaughtOffside" məlumat yayıb.
"Arsenal", "Çelsi", "Liverpul" və "Mançester Yunayted" Dembeleni transfer etmək istəyir. Adıçəkilən klublar yayda 27 yaşlı oyunçu üçün yayda təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, Usman Dembele bu mövsüm PSJ-nin heyətində keçirdiyi 43 oyunda 32 qol vurub, 11 qol ötürməsi edib. Fransa millisinin üzvünün Paris klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına kimidir.