23 Aprel 2025, 14:57
FUTBOL
Ansu Fati mövsümün sonunda "Barselona"dan ayrıla bilər.
Matc.az xəbər verir ki, heyətə düşə bilməyən ispaniyalı vinger klubu tərk etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
Fati daha çox forma şansı qazana biləcəyi bir kluba keçməyi planlaşdırır. "Real Sosyedad" 22 yaşlı oyunçunu icarəyə götürmək istəyir.
Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Ansu Fati bu mövsüm komandanın heyətində 10 rəsmi oyunda iştirak edib.