23 Aprel 2025, 16:09
FUTBOL
"Mançester Yunayted" və "Mançester Sİti"dən sonra "Çelsi" də braziliyalı vingeri transfer siyahısına daxil edib.
"Real"In futbolçusu Rodriqo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, "Mançester Yunayted" və "Mançester Sİti"dən sonra "Çelsi" də braziliyalı vingeri transfer siyahısına daxil edib. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Çelsi" 24 yaşlı futbolçu üçün 100 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Rodriqo bu mövsüm "Real"ın heyətində keçirdiyi 48 oyunda 13 qol vurub, 10 məhsuldar ötürmə edib. Braziliya millisinin üzvünün Madrid klubu ilə müqaviləsi 2028-ci ilin iyul ayına kimidir.