23 Aprel 2025, 17:49
FUTBOL
Mövsümün sonunda "Arsenal"la müqaviləsi başa çatan Jorjinyo qərarını verib.
Matc.az xəbər verir ki, Braziliya əsilli italiyalı yarımmüdafiəçi London klubunu tərk edəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Braziliyanın "Flamenqo" klubu yayda azad agent statusunda olacaq Jorjinyoya müqavilə təklif edib. Səudiyyə Ərəbistanından "Neom" da 33 yaşlı futbolçu ilə maraqlanır.
Qeyd edək ki, "Arsenal" Jorjinyonu 2023-cü ilin yanvar ayında "Çelsi"dən transfer edib. İtaliya millisinin üzvü bu mövsüm "topçular"ın heyətində 26 oyunda iştirak edib və 1 qol vurub.