23 Aprel 2025, 18:07
FUTBOL
İspaniyanın "Barselona" klubu baş məşqçi Hans-Diter Fliklə müqaviləni uzadacaq.
Matc.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Bildirilir ki, yeni müqavilənin müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulacaq. Tərəflər müqaviləni mövsüm başa çatdıqdan sonra imzalayacaqlar.
Qeyd edək ki, 60 yaşlı Hans-Diter Flik 2024-cü ilin mayından "Barselona"ya rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 2025-ci ildə İspaniya Superkubokunu qazanıb.
"Barselona" cari mövsüm İspaniya La Liqasının turnir cədvəlində birinci yerdədir. Komandanın 33 oyundan sonra 76 xalı var.