Fransa Peşəkar Futbol Liqasının rəhbərliyi bu il əlavə yay "transfer pəncərəsi"ni təsdiqləyib.

Matc.az xəbər verir ki, bu barədə qrumun rəsmi sayt məlumat yayıb.

Bu, FİFA klublararası dünya çempionatının iştirakçısı PSJ-nin zərurət yaranarsa, turnir başlamazdan əvvəl yeni oyunçularını qeydiyyatdan keçirə bilməsi üçün edilir. Əlavə "transfer pəncərəsi" iyunun 1-dən iyunun 10-dək davam edəcək.

Qeyd edək ki, Dünya çempionatı iyunun 14-dən iyulun 13-dək ABŞ-da keçiriləcək.

Adi "transfer pəncərəsi"nə gəlincə, yay dövrü cari ilin 16 iyunundan 1 sentyabrınadək, qış dövrü isə 2026-cı il yanvarın 1-dən fevralın 2-dək açıq olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest