"Yuventus" İtaliya A Seriyasının 33-cü turunda səfərdə "Parma"ya 1:0 hesabı ilə uduzaraq, yeni baş məşqçisi İqor Tudorun rəhbərliyi altında ilk məğlubiyyətini alıb.

Matc.az xəbər verir ki, qarşılaşmanın yeganə qolunu Mateo Pelleqrino vurub.

Tudor martın 23-dən Turin klubunu çalışdırır. O, baş məşqçisi vəzifəsində Tiaqo Mottanı əvəzləyib. Xorvatiyalı mütəxəssisin rəhbərliyi altında "Yuventus" klubu "Parma" ilə oyundan əvvəl 2 qələbə qazanıb, 1 heç-heçə edib.

Qeyd edək ki, 33 oyundan sonra "Yuventus" 59 xalla İtaliya A Seriyasının turnir cədvəlində 5-ci yerdədir. "Parma" isə 33 xalla 14-cü sırada qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest