"Roma"nın kapitanı Lorenzo Pelleqrini yayda klubunu dəyişə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Il Messaggero" məlumat yayıb.

Bildirilir ki, 28 yaşlı yarımmüdafiəçi karyerasında yeni dönəm açmaq istəyir. "İnter"in baş məşqçisi Simone İnzaqi Pelleqrinini öz sərəncamında görmək istədiyi bildirilir.

Qeyd edək ki, bu mövsüm Pelleqrini 32 matçda iştirak edib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib. "Roma" yetirməsi olan yarımmüdafiəçinin hazırkı müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzrdə tutulub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest