Futbol üzrə Bolqarıstan çempionatında 2024/2025 mövsümünün qalibi müəyyənləşib.

Matc.az xəbər verir ki, "Ludoqorets" mövsümün bitməsinə 5 tur qalmış çempionluğunu rəsmiləşdirib. Komanda 31-ci turda öz meydanında "Çerno More"ni məğlub edib.

Xallarını 79-a yüksəldən "Ludoqorets" ən yaxşı izləyicisi olan "Levski"ni 16 xal qabaqlayır.

Qeyd edək ki, bu, "Ludoqorets"in ardıcıl 14-cü çempionluğudur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest