"Arsenal" yayda hücum xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Matc.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, "topçular" "Çelsi"də çıxış edən Kristofer Nkunkunun xidmətində maraqlıdır. London təmsilçisinin baş məşqçisi Mikel Arteta fransalı futbolçunu komandasında görmək istəyir.

"Arsenal" 27 yaşlı forvard üçün onun klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Kristofer Nkunku bu mövsüm "Çelsi"nin heyətində keçirdiyi 42 oyunda 14 qol vurub, 5 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest