"Opta" superkompüteri UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin "Arsenal" və PSJ komandaları arasında keçirilmiş ilk oyunundan (0:1) sonra çempionluğa əsas namizədin adını açıqlayıb.

Matc.az xəbər verir ki, superkompüter Avropanın ən nüfuzlu turnirində qalib gəlmək üçün ən böyük şansı PSJ-yə verir – 38,2%.

Qeyd edək ki, "Barselona" və "İnter" arasında ikinci yarımfinal oyunu bu axşam keçiriləcək.

Komandaların tam siyahısı və Çempionlar Liqasını qazanmaq şansları belədir:

1. PSJ – 38,2%.

2. "Barselona" – 28,7%.

3. "İnter" – 18,1%.

4. "Arsenal" – 15%.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest