29 Aprel 2025, 14:15
FUTBOL
"Real"ın heyətində cidddi itki baş verib.
Matc.az xəbər verir ki, La Liqa nəhənginin müdafiəçisi Antonio Rüdiger sıradan çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Almaniyalı futbolçunun sol ayağının xarici meniskusunda qismən yırtıq aşkar edilib. 32 yaşlı mərkəz müdafiəçi artıq əməliyyat olunub.
Rüdiger 2 ay yaşıl meydanlardan uzaq qalacaq. Bu isə təcrübəli oyunçu üçün mövsümün erkən bitməsi deməkdir.
Qeyd edək ki, Antonio Rüdiger bu mövsüm "Real"In heyətində keçirdiyi 49 oyunda 3 qol vurub, 1 qol ötürməsi edib.