29 Aprel 2025, 11:52
FUTBOL
"Nürnberq"in hücumçusu Mahir Emreli Almaniya Bundesliqası klublarının diqqətini çəkməyi bacarıb.
Matc.az xəbər verir ki, bu barədə məşhur "Bild" nəşri məlumat yayıb.
Bundesliqada çıxış edən iki klub Mahirlə maraqlanır. Lakin həmin klubların adları açıqlanmayıb.
"Nürnberq" də azərbaycanlı forvardı komandada saxlamaq istəyir. Lakin onun klubda qalmaq ehtimalı o qədər də yüksək qiymətləndirilmir. "Nürnberq" Mahirlə yeni sözləşmə imzalamaq üçün daha çox maaş təklif etməli olacaq.