İngiltərənin "Liverpul" klubu bu yay əsas hədəfi hesab etdikləri "Nyukasl"ın 25 yaşlı isveçli forvardı Aleksandr İsakı transfer etməyə hazırlaşır.

Matc.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

Bildirilir ki, "Nyukasl" isveçli futbolçunun transferi üçün ən azı 120 milyon funt-sterlinq (təxminən 144 milyon avro) almaq istəyir. Qeyd olunur ki, mersisaydlılar forvardın transferinə də analoji məbləğ sərf etməyə hazırdır.

Daha əvvəl İsakın "Nyukasl"dan yeni müqavilə ilə bağlı bir neçə təklifi rədd etdiyi bildirilirdi.

Qeyd edək ki, bu mövsüm İsak bütün turnirlərdə 39 oyun keçirib, 26 qol vurub və 6 məhsuldar ötürmə edib. 25 yaşlı forvardın klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 100 milyon avrodur.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest