"Real" klubla müqaviləsi gələn il başa çatan Tibo Kurtua ilə bağlı qərar verib.

Matc.az "Relevo"ya istinadən xəbər verir ki, Madrid klubu belçikalı qapıçını komandada saxlayacaq. Kurtua ilə yeni müqavilə imzalanacaq.

"Kral klubu" 32 yaşlı qolkiperin sözləşməsinin müddətini 2028-ci ilin iyun aayına kimi uzadacaq.

Qeyd edək ki, "Real" Tibo Kurtuanı 2018-ci ilin yayında "Çelsi"dən transfer edib. Belçika millisinin üzvü olan təcrübəli qapıçı bu mövsüm La Liqa təmsilçisinin heyətində 43 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest