30 Aprel 2025, 10:36
FUTBOL
"Real"ın futbolçusu Antonio Rüdiger İspaniya Kubokunda "Barselona"ya qarşı final oyunundakı davranışına görə cəzası müəyyənləşib.
Matc.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidməti məlumat yayıb.
Rüdiger hakimə hücum etməsi və referiyə kənar əşya (buz torbası) atmasına görə 6 oyunluq diskvalifikasiya edilib.
RFEF "Real"ın yarımmüdafiəçisi Cud Bellinqemə final fitindən sonra etiraz etdiyi üçün verilən qırmızı vərəqəni isə ləğv edib. Matçın baş hakimi protokolda Bellinqemin aqressiv mövqe sərgilədiyi qeyd edib. Lakin RFEF "Real"ın bunu təkzib edən video sübut təqdim etdiyini bildirib.