Mövsümün sonunda Karlo Ançelotti ilə yollarını ayırmağı planlaşdıran "Real"ın yeni baş məşqçisi müəyyənləşmək üzrədir.

Matc.az AS nəşrinə istinadən xəbər verir ki, "kral klubu"nu hazırda "Bayer"in baş məşqçisi olan Xabi Alonso çalışdıracaq. Artıq ispan mütəxəssislə razılıq əldə olunub.

Alonso iyun ayında klublararası dünya çempionatı başa çatdıqdan sonra "Real"da işə başlayacaq.

Qeyd edək ki, Karlo Ançelottinin "Real"dan ayrılıb Braziliya milli komandasının baş məşqçisi postuna keçəcəyi bildirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest