"Kristal Pelas"ım yarımmüdafiəçisi Adam Uorton Premyer Liqada klubunu dəyişməyə yaxındır.

Matc.az "The Sun"a istinadən xəbər verir ki, "Liverpul" ingiltərəli futbolçunu transfer etmək istəyir.

"Qırmızılar" Uortonu yayda heyətinə qatmağa çalışacaq. "Liverpul" 21 yaşlı dayaq yarımmüdafiəçisi üçün London klubuna 50 milyon funt-sterlinq ödəməyə hazırdır.

Qeyd edək ki, "Kristal Pelas" Adam Uortonu ötən ilin fevral ayında "Blekbörn"dən transfer edib. İngiltərə U-21 millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində keçirdiyi 2 oyunda 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest