Misli Premyer Liqasında XXXII turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, turun üçüncü oyun günündə iki qarşılaşma baş tutacaq.
"Səbail" doğma meydanda "Araz-Naxçıvan"ı qəbul edəcək. "Qarabağ" isə səfərdə "Sabah"ın qonağı olacaq.
Qeyd edək ki, tura 28 apreldə yekun vurulacaq.
Misli Premyer Liqası
XXXII tur
27 aprel
17:30. "Səbail" – "Araz-Naxçıvan"
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Elvin Bayramov
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elman Musayev
"ASCO Arena"
20:00. "Sabah" – "Qarabağ"
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Əli Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
"Bank Respublika Arena"