PSJ klubunun hücumçusu Usman Dembele UEFA Çempionlar Liqasının pley-off mərhələsində ən çox qol vuran fransalı futbolçuların siyahısında 4-cü pilləyə yüksəlib.

Matc.az xəbər verir ki, 28 yaşlı forvard buna Çempionlar Liqasının yarımfinal mərhələsinin İngiltərədə "Arsenal"a (0:1) qarşı keçirilmiş ilk oyununda fərqlənməklə nail olub.

Matçın 4-cü dəqiqəsində rəqib qapısına yol tapan futbolçu ÇL-in pley-off raundunda vurduğu qolların sayını 9-a çatdırıb. Dembele bu göstərici ilə əfsanəvi futbolçu Zinəddin Zidan və hazırda İspaniyanın Madrid "Atletiko"sunda çıxış edən Antuan Qrizmannı (hər ikisi 8 qol) geridə qoyub.

Qeyd edək ki, bombardirlər siyahısına 34 qolla Kərim Benzema başçılıq edir. Kilian Mbappe (24 qol) ikinci, Tyerri Anri (12 qol) isə üçüncü pillədə qərarlaşıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest