Millimizin futbolçuları mərkəzin ərazisini gəzib, neyromüxtəlifliyi olan əməkdaşların əl işləri ilə tanış olublar. Tədbirin sonunda Birgə və Sağlam İctimai Birliyin rəhbəri Aytən Eynalovaya AFFA-nın xatirə hədiyyəsi təqdim olunub.
AFFA-nın təşkilatçılığı, Birgə və Sağlam İctimai Birliyin təşəbbüsü ilə ölkənin ilk və tək inklüziv kafesi olan “Kashalata”da çalışan 10 neyromüxtəlifliyi olan əməkdaşlarla görüş təşkil olunub.
Matc.az xəbər verir ki, görüşdə AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, Sosial və ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva, qadınlardan ibarət A milli komandanın futbolçuları Manə Mollayeva və Günay İsmayılova iştirak ediblər.
Millimizin futbolçuları mərkəzin ərazisini gəzib, neyromüxtəlifliyi olan əməkdaşların əl işləri ilə tanış olublar. Tədbirin sonunda Birgə və Sağlam İctimai Birliyin rəhbəri Aytən Eynalovaya AFFA-nın xatirə hədiyyəsi təqdim olunub.
Bu cür görüşlərin təşkilində məqsəd uşaqların rifahını yüksəltmək, təşkilatın sosial məsuliyyət və inklüzivlik dəyərlərinə sadiqliyini göstərmək, eyni zamanda inklüziv mühitin yaradılması, onların fərdi ehtiyaclarını, qarşılaşdıqları çətinlikləri və güclü tərəflərini daha yaxşı anlamaqdır.