"Aramızda fərq o qədər də böyük deyil. Amma komandamız daha çox qol vurur".

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik Kataloniya klubunun oyun tərzindən danışıb.

Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının oyun üslubunu "Real" ilə müqayisə edib.

"Bir çox insanlar bizim riskli oyun oynadığımızı düşünür. Bu barədə hətta Almaniya qəzetlərində də oxumuşam. Ancaq digər komandalara, məsələn, "Real"a baxsanız, onlar da çox qol buraxırlar. Aramızda fərq o qədər də böyük deyil. Amma komandamız daha çox qol vurur.

Üslubumuz riskli ola bilər, amma oyun tərzimizi bəyənirəm. Özümüzü mütəşəkkil bir komanda kimi göstərməliyik".

Qeyd edək ki, "Barselona" İspaniya La Liqasının cari mövsümündə 89 qol vurub, 32 qol buraxıb. "Real" isə 66 qol vurub və 31 qol buraxıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest