02 May 2025, 19:50
FUTBOL
"Barselona"nın baş məşqçisi Hans-Diter Flik komandanın 17 yaşlı vingeri Lamine Yamalın hücumçular Lionel Messi və Kriştiano Ronaldo ilə müqayisəsi haqda danışıb.
Matc.az xəbər verir ki, 60 yaşlı alman mütəxəssis Yamalın hələ çox çalışmalı olduğunu deyib:
"Əgər bu səviyyədə oynaya bilirsənsə, onu qoruyub saxlamağı bacarmalısan. Bu, təkcə bir matçda özünü göstərməkdən ibarət deyil. Lamin bunu bilir.
O, həm də bilir ki, təkcə istedada güvənmək yox, həm də işləmək lazımdır. Ronaldo və ya Messi səviyyəsinə çatmaq istəyirsənsə, soyuqqanlı olmalısan.
Biz çox şadıq ki, onun cəmi 17 yaşı var, lakin bilirik ki, Yamalın bu səviyyədə sabitləşməsi və hətta irəliləyişi üçün çox çalışması lazımdır".