08 May 2025, 00:54
ÇEMPİONLAR LİQASI
Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin növbəti cavab oyunu keçirilib.
Matc.az xəbər verir ki, finala vəsiqə qazanan növbəti komanda Fransada müəyyənləşib.
PSJ doğma meydanda "Arsenal"ı qəbul edib. Matç Paris təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. İki görüşün nəticəsinə əsasən 3:1 hesablı üstünlük əldə edən PSJ adını finala yazdırıb.
Qeyd edək ki, Çempionlar Liqasının final matçı mayın 31-i, Almaniyanın Münhen şəhərindəki "Allians Arena"da baş tutacaq. Həlledici oyunda PSj ilə "İnter" qarşılaşacaq.
Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
7 may
23:00. PSJ (Fransa) – Arsenal (İngiltərə) 2:1
Qollar: Fabian Ruis, 27, Əşrəf Hakimi, 72 - Bukayo Saka, 76
(İlk oyun – 1:0)