"Mançester Yunayted" yayda heyətinə yeni qapıçı cəlb etmək istəyir.

Matc.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın əsas hədəfi "Torino"da çıxış edən Vanya Milinkoviç-Saviçdir. İngiıtərə klubu serbiyalı qolkiperi Andre Onanaya əvəzləyici kimi düşünür.

"Mançester Yunayted" 28 yaşlı qolkiper üçün yayda İtaliya klubu ilə danışıqlar aparacaq.

Qeyd edək ki, Vanya Milinkoviç-Saviç bu mövsüm "Torino"nun heyətində 36 rəsmi matçda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest