07 May 2025, 17:53
FUTBOL
"Beşiktaş" yüksək maaşı lan Ciro İmmobile ilə yollarını ayırmağa çalışır.
Matc.az "Türkiye Gazetesi"nə istinadən xəbər verir ki, italyan hücumçuya Səudiyyə Ərəbistanından təkliflər var. Türkiyə klubu İmmobile üçün gələn təklifləri dəyərləndirəcək.
İstanbul təmsilçisi 35 yaşlı forvardı satdıqdan sonra heyətinə yeni hücumçu cəlb edəcək.
Qeyd edək ki, "Beşiktaş" Ciro İmmobileni mövsümün əvvəlində "Latsio"dan transfer edib. Təcrübəli futbolçu "qara qartallar"ın heyətində keçirdiyi 38 oyunda 18 qol vurub, 3 qol ötürməsi edib.