Ərəblər Bruno Fernandeşə illik 75 milyon avro maaş verməyə hazırdır. "Əl-Hilal" 30 yaşlı yarımmüdafiəçi üçün İngiltərə klubuna da yüksək məbləğdə təzminat təklif edəcək.

"Mançester Yunayted"in kapitanı Bruno Fernandeş Səudiyyə Ərəbistanından cəlbedici təklif alıb.

Matc.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, "Əl-Hilal" portuqaliyalı futbolçunu transfer etmək istəyir.

Ərəblər Bruno Fernandeşə illik 75 milyon avro maaş verməyə hazırdır. "Əl-Hilal" 30 yaşlı yarımmüdafiəçi üçün İngiltərə klubuna da yüksək məbləğdə təzminat təklif edəcək.

Qeyd edək ki, Bruno Fernandeş bu mövsüm "qırmızı şeytanlar"ın heyətində keçirdiyi 52 oyunda 19 qol vurub, 18 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest