07 May 2025, 22:19
FUTBOL
"Borussiya" heyətinə gənc hücumçu cəlb etməyi planlaşdırır.
Matc.az "Bild" nəşrinə istinadən xəbər verir ki, Almaniya klubu "Palmeyras"da çıxış edən Luigini transfer etmək istəyir.
Braziliya klubu 19 yaşlı forvard üçün 20-25 milyon avro tələb edəcək. "Borussiya" gənc futbolçunun performansını izləməyə davam edəcək.
Qeyd edək ki, Luigi "Paymeyras"ın yetirməsidir. Braziliya U-20 milliinin üzvü bu ilin yanvar ayında A Seriyası təmsilçisinin əsas komandasına cəlb olunub.