"İnter"in müdafiəçisi Denzel Dumfries Çempionlar Liqasının yarımfinalının cavab oyununda "Barselona"nı məğlub edərək finala yüksəldikdən sonra komandanın 2 il əvvəlki səhvlərini nəzərə alaraq Çempionlar Liqasını qazanmaq istədiyini bildirib.

Matc.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat paylaşıb.

"Çılğın matç idi! Yeddi qol. İnanılmaz. Biz sona qədər mübarizə apardıq və etdiklərimizlə çox qürur duyuram. Finala yüksəldiyimiz üçün xoşbəxtəm. İki il əvvəl finalda uduzduq. Bu il yenidən mübarizə aparırıq və özümüzə ən yüksək hədəflər qoymuşuq".

Qeyd edək ki, 29 yaşlı müdafiəçi qapıçı Yann Sommerlə birlikdə yarımfinal qarşıdurmasının əsas qəhrəmanlarına çevrilib. Dumfries "İnter"in 7 qolundan 4-nə (2 qol + 2 məhsuldar ötürmə) töhfə verib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest