"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo Səudiyyə Ərəbistanında çalışa bilər.

Matc.az "Sabah" nəşrinə istinadən xəbər verir ki, "Əl-Hilal" portuqaliyalı mütəxəssisin xidmətində maraqlıdır.

Türkiyə klubu Mourinyo ilə yollarını ayırmağa isti yanaşır. "Ərəblər" 62 yaşlı məşqçiyə illik 50 milyon avro maaş təklif etməyə hazırlaşır.

Qeyd edək ki, Joze Mourinyo mövsümün əvvəlində "Fənərbaxça"nın baş məşqçisi təyin olunub. Onun klubla müqaviləsi gələn ilin yayına kimi nəzərdə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest