"Zirə"nin kapitanı Qismət Alıyevi və "Neftçi"nin yarımmüdafiəçisi Elvin Camalovu 2 oyunluq cəzalandırılıb.
AFFA İntizam Komitəsi "Zirə"nin kapitanı Qismət Alıyevi və "Neftçi"nin yarımmüdafiəçisi Elvin Camalovu 2 oyunluq cəzalandırıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı qurumun rəsmi saytı paylaşıb
Q.Alıyev Misli Premyer Liqasının XXXIII turunda "Turan Tovuz"la matçda ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə almışdı. Bakı klubu buna görə 1500 manat cərimələnib.
E.Camalov isə "Kəpəz"lə görüşdə ciddi qayda pozuntusuna yol verdiyi üçün eyni halla üzləşib. "Ağ-qaralar" da eyni məbləği ödəməli olacaq.
"Turan Tovuz" və "Sabah"a 700 manat cərimə kəsilib. Bölgə təmsilçisinin 4 futbolçusu "Zirə" ilə qarşılaşmada, "Sabah"ın isə eyni sayda oyunçusu "Araz-Naxçıvan"la matçda sarı vərəqə alıb.